Aydın Əliyevə gömrük xidməti general-polkovniki rütbəsi verilib

Aydın Əliyevə gömrük xidməti general-polkovniki rütbəsi verilib Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli oğlu Əliyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.
Həmçinin Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:
Salayev Baba Hacı-Baba oğlu – Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi
Hüseynov İsmayıl Xəlil oğlu – Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi

Tehsil-press.az

Oxşar xəbərlər