Bakılı müğənninin dərdi bitmir: evi də getdi, gölü də...

Bakılı müğənninin dərdi bitmir: evi də getdi, gölü də... Tanınmış müğənni Larisa Dolina növbəti qalmaqalla gündəmə gəlib. Bu dəfə onun Moskva vilayətində yerləşən evinin yaxınlığında saldığı şəxsi gölü məhkəmə qərarı ilə ləğv olunub.

Məlumata görə, sahəsi 230 kvadratmetr olan göl qorunan sahil zolağında, yəni ictimai istifadəyə aid torpaq sahəsində inşa edilib. Şikayəti biznesmen Qleb Rıskov verib. O, həmin ərazini icarəyə götürmək istəsə də, torpağın guya Dolinanın mülkiyyətində olduğu əsas gətirilərək ona imtina olunub.

Bundan sonra Rıskov məsələ ilə bağlı bütün aidiyyəti qurumlara müraciət edib. Aparılan yoxlamalar nəticəsində nəzarət və ekoloji orqanlar gölün qanunsuz şəkildə salındığını təsdiqləyib və rekultivasiya qərarı verilib.

Rıskovun sözlərinə görə, gölü sadəcə qumla doldurmaq mümkün deyil, çünki bu, ətraf mühitə ciddi zərər verə bilər:“Su və canlılar çıxarılmalı, torpaq qatları bərpa olunmalıdır. Çuxur əvvəlcə çınqıl, sonra qum və torpaqla doldurulacaq. Bundan əlavə, bütün işlər Larisa Dolinanın öz hesabına aparılacaq. Bu, uzun və çox bahalı prosesdir”.

Mediada yayılan məlumatlara görə, rekultivasiya işlərinin təxminən 50 milyon rubla başa gələcəyi bildirilir.

Qeyd edək ki, bu, Larisa Dolinanın son dövrlərdə üzləşdiyi yeganə mülkiyyət qalmaqalı deyil. Yaxın vaxtlarda Moskvanın Xamovniki rayonunda yerləşən elit mənzili ilə bağlı uzun sürən məhkəmə çəkişməsindən sonra müğənni mənzili itirib və məhkəmə qərarı ilə evi boşaldaraq yeni sahibinə təhvil verməyə məcbur olub.

Tehsil-press.az

Oxşar xəbərlər