BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Universiteti ziyarət ediblər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Universiteti ziyarət ediblər Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin VII sinif şagirdləri BDU-nu ziyarət ediblər.

Şagirdlər Heydər Əliyev Muzeyi, Genetika və təkamül muzeyi və “Eko Məkan”da olublar.

Şagirdlərə BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir dövrün tələbləri və karyera imkanları nəzərə alınaraq, tələbələr üçün hər cür şərait yaradılıb. Universitetin müasir tədris metodları, informasiya texnologiyaları sahəsində tətbiq etdiyi yeniliklər, BDU-nun “TEKNOFEST” və “Robotex” komandalarının beynəlxalq uğurları da diqqətə çatdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər