Yeni qaydalara əsasən nikah şəhadətnamələrində “ər” və “arvad” ifadələri çıxarılaraq “birinci həyat yoldaşı” və “ikinci həyat yoldaşı” terminləri ilə əvəz olunacaq.
Məlumata görə, dəyişikliklər Avropa İttifaqı Məhkəməsinin qərarından sonra gündəmə gəlib və Aİ ölkələrində bağlanmış eynicinsli nikahların tanınmasını nəzərdə tutur. Hazırda istifadə olunan blanklarda “kişi” və “qadın” anlayışlarının yer alması Polşa hökumətinin mövqeyinə görə eynicinsli cütlüklərin nikahlarının düzgün rəsmiləşdirilməsinə mane olur.
Məsələ ilə bağlı Polşanın rəqəmsallaşdırma üzrə vitse-premyeri və naziri Krzysztof Gawkowski bildirib ki, sənədlərin dili mövcud hüquqi reallıqlara uyğunlaşdırılmalıdır.
Dəyişikliklər çərçivəsində valideynlərə dair bölmələr də yenilənəcək. Belə ki, sənədlərdə “birinci həyat yoldaşının atası”, “ikinci həyat yoldaşının anası” kimi neytral ifadələrdən istifadə olunacaq. Həmçinin həyat yoldaşlarının soyadları ilə bağlı hissələr – tam və qısa nikah şəhadətnamələri və arayışlar da yenidən tərtib ediləcək.
Tehsil-press.az








