Peskov Ərdoğanın məktubundan danışdı - “Buna cavab vermək tələb olunmur”

Peskov Ərdoğanın məktubundan danışdı - “Buna cavab vermək tələb olunmur” "Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Vladimir Putinə məktubu ənənəvi protokol göndərişidir. Bu məktuba cavab vermək tələb olunmur".

Tehsil-press.az xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib : “Milli bayramlar münasibəti ilə ənənəvi olaraq belə göndərişlər olur. Bu protokoldur və beynəlxalq münasibətlərdə sadə təcrübədir. Təəssüflər olsun ki, bu göndərişdə hansısa digər məzmunlu anlar yox idi".
D. Peskovun sözlərinə görə, ölkələr arasındakı mürəkkəb diplomatik münasibətlər heç vaxt məktub mübadiləsinin kəsilməsi üçün bəhanə olmur: "Bəzən məktublar gəlir, bəzən gəlmir. Bu, vəziyyətdən asılıdır. Bu il məktub gəldi. Çünki bu, Türkiyə bizim təyyarəyə hücum edəndən sonra birinci milli bayram günü idi".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarıVladimir Putinə Rusiya Günü münasibətilə təbrik məktubu göndərib. Ərdoğan məktubunda rus xalqını Rusiya Günü münasibəti ilə təbrik edib və yaxın vaxtlarda Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıb.


Tehsil-press.az

Oxşar xəbərlər