“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də Azərbaycana gələcək, 26-da isə onun geri qayıtması nəzərdə tutulur”.
Tehsil-press.az xəbər verir ki, bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib. Onun sözlərinə görə, Türkiyə Prezidenti və bir neçə dövlət rəsmisinin Azərbaycana səfərinin məqsədi Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak etməkdir.
Səfir qeyd edib ki, tədbirdə iştirak üçün Azərbaycana Rəcəb Tayyib Ərdoğanla birlikdə Türkiyənin baş nazirin müavini, xarici işlər naziri, iqtisadiyyat naziri, energetika naziri, mədəniyyət nazirinin də daxil olduğu böyük bir heyət gələcək. İ.A.Coşqun deyib ki, bu dəfəki səfərlə Azərbaycan və Türkiyə Prezidentlərinin bu il ərzindəki qarşılıqlı ziyarətlərinin sayı 3-cü olacaq.
tehsil-press.az