Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, bu gün Şahin Bağırova “Gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi verilib.
Bununla da Azərbaycanda general-polkovnik rütbəsini daşıyan şəxslərin sayı artaraq 22 nəfərə çatıb.
Vəzifədə olan, eləcə də müxtəlif illərdə istefaya göndərilmiş, lakin general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısı aşağıdakı kimidir:
1. Zakir Həsənov - Müdafiə naziri
2. Bəylər Əyyubov - Prezident Katibliyinin rəisi
3. Ramil Usubov - Azərbaycan Təhlükəsizlik Şurasının katibi
4. Kərim Vəliyev - Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini
5. Əli Nağıyev - Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
6. Vilayət Eyvazov - Daxili işlər naziri
7. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri
8. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
9. Mədət Quliyev - Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini
10. Fikrət Məmmədov – Konstitusiya Məhkəməsinin hakimi, sabiq ədliyyə naziri, I dərəcəli ədliyyə müşaviri
11. Kərəm Mustafayev - Əlahiddə Ümumqoşun Ordunun sabiq komandanı
12. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi
13. Səfər Mehdiyev - Dövlət Gömrük Komitəsinin sabiq sədri
14. Zakir Qaralov - Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri
15. Nəcməddin Sadıqov - Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi
16. Səfər Əbiyev - Eks-müdafiə naziri
17. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri
18. Namiq Abbasov - Sabiq milli təhlükəsizlik naziri
19. Fazil Məmmədov - Sabiq Vergilər naziri (I dərəcəli dövlət vergi xidməti müşaviri)
20. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının keçmiş sədri
21. Hikmət Mirzəyev - Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı, Vətən Müharibəsi Qəhrəmanı.
22. Şahin Bağırov - Dövlət Gömrük Komitəsinin sədri, "Vətənə xidmətə görə" ordeninin tam kavaleri.
Tehsil-press.az








