Yazıçı Nazim Qocamanlı Ədalət Verdiyevi öldürmək istəyib - özü etiraf etdi

Yazıçı Nazim Qocamanlı Ədalət Verdiyevi öldürmək istəyib - özü etiraf etdi Azərbaycan Yazıçılar Birliyinin üzvü Nazim Qocamanlı sosial şəbəkədə hərbi ekspert Ədalət Verdiyev barəsində yazdığı təhqiramiz və təhdid xarakterli rəyə görə açıq şəkildə üzrxahlıq edib.

Nazim Qocamanlı özünün Facebook səhifəsində paylaşdığı açıqlamada bildirib ki, Ədalət Verdiyevin həbsi ilə bağlı yazının rəy bölməsində ona qarşı nalayiq ifadələr işlədib və ölüm təhdidi səsləndirib. Yazıçı bu davranışına görə Ədalət Verdiyevin özündən, ailə üzvlərindən və izləyicilərindən üzr istədiyini bəyan edib.

Sitat: "Mən Azərbaycan Yazıçıları Birliyinin üzvü Nazim Qocamanlı Facebook səhifəsində hərbi ekspert Ədalət Verdiyevin həbsi ilə bağlı yazının rəy bölməsində onu nalayiq ifadələrlə təhqir və ölümlə təhdid etmisəm. Buna görə mən Ədalət Verdiyevin özündən, ailəsindən və izləyicilərindən üzr istəyirəm. Yazdığım rəy belə olub: pox yeyib, qələt edib və rus dilindən tərcümədə "onun başını kəsin (otrubite ero qolovu).

Söz verirəm ki, bir də tanımadığım adamlar haqqında bilmədiyim, anlamadığım ifadələr bir daha işlətməyəcəm. Kimsəni təhqir və təhdid etnəyəcəyəm. Ədalət müəllimdən bir daha məni üzürlü hesab etməsini, bağışlamasını və hüquqi prosesə başlamasını təxirə salmağı xaiş edirəm".

Musavat.com bildirir ki, bu məlumat Ədalət Verdiyev tərəfindən özünün Facebook səhifəsində paylaşılıb. Redaksiya məsələnin detalları barədə əlavə məlumata malik olmadığı üçün yalnız sözügedən statusu oxucuların diqqətinə çatdırır.

Tehsil-press.az

Oxşar xəbərlər