Prezident təsdiqlədi: bu işçilərə ikiqat əmək haqqı ödənəcək

Prezident təsdiqlədi: bu işçilərə ikiqat əmək haqqı ödənəcək Ölkədə əmək hüquqlarının qorunması sahəsində mühüm addım atılıb. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Əmək Məcəlləsinə edilən dəyişikliklər işçilərin qeyri‑iş günlərində işlədikləri zaman ikiqat maaş almasını təmin edir. Bu yenilik, həm hüquqi əsaslarla işçilərin haqqının qorunmasını gücləndirir, həm də əmək bazarında ədalətli maaş siyasətinin formalaşmasına xidmət edir. Bəs kimlərə ikiqat maaş veriləcək və bu dəyişiklik hansı halları əhatə edir?

Mövzu ilə bağlı REAL partiyasının sədri Natiq Cəfərli açıqlamasında bildirdi ki, maaşların 2 qat hesablanılması qaydası onsuzda Əmək Məcəlləsində var idi. Sadəcə bu qaydaların tətbiqi ilə bağlı problem var idi. İndi əgər bu dəqiqləşdiriləcəksə, yəni bu boşluqlar doldurulacaqsa və doğurdanda insanlar bayram günlərində, istirahət günlərində və yaxudda iş saatından artıq çalışanda maaşı 2 qat hesablanırsa bu yenilik çox gözəl addımdır. Onun sözlərinə görə, Azərbaycanda 8 saatlıq iş rejimi var: "Amma bəzi hallarda 10-12 saat insanlar çalışırlar. Yəni var belə peşə sahibləri və biznes sahəsində də belə hallar var. Özəl və dövlət idarələrində də belə hallar mövcuddur. Bəzən bəzi tanışlarımız varki dövlət idarələrində işləyirlər, axşamlar bir tədbir olur, məsələn ad günü olur onlar işdən ən gec çıxanlar olurlarki, biz işdən indi çıxa bildik. Yəni bütün bunlar onsuzda var. Sadəcə bunun rəsmiləşdirilməsi və ödənişlərin hüquqi əsaslandırılmasına ehtiyac var.

Bu dəyişiklik əgər tətbiq olunacaqsa, bu qayda özəl sektorda da, dövlət sektorunda da tətbiq olunmalıdır. Tətbiq olunmursa, bunun cəzası müəyyənləşməlidir. Yənin bunun məsuliyyətini daşıyan şəxslər hüquqi cəhətdən məsuliyyət daşımalıdırlar və vətəndaşında hüquqi prosedurlarla bağlı imkanı olmalıdır ki, bununla bağlı harasa müraciət edib, öz haqqını qoruya bilsin. Həttda bununla bağlı mən düşünürəm ki, bir Əmək Ombudsmanının yaranması daha doğru olardı. Məsələn, bu məsələlərlə bağlı bir Ombudsman İnistutunun yaranması bəzi ölkələrdə var belə bir praktika olsa daha yaxşı olardı" deyə Cəfərli bildirib.

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov açıqlamasında bildirdi ki, prinsip etibarı ilə Əmək Məcəlləsinə heç bir dəyişiklik edilməyib. Onun sözlərinə görə, sadəcə məcəlləyə daxil edilib ki, vəzifə maaşı saatlıqda ola bilər: "Yəni maaş saatlıq hesablanırsa, yenə saata uyğun 2 qat hesablanacaq. Prinsip etibarı ilə heçnə dəyişməyib. Sadəcə texniki dəyişikliklər edilib. Yəni saatlıq əmək haqqı ilə bağlı əlavələr edilib".

Tehsil-press.az

Oxşar xəbərlər