DİN-in Polis Akademiyasının sabiq rəisi, polis general-mayoru Nazim Əliyev özünə toy edib, yeni həyat yoldaşı ilə nikahını da toy məclisində kəsdirib.Lap əcəb eliyib, Allah xoşbəxt eləsin!
Amma bəzi qaragüruh, artıq bir neçə gündür, generalın “yaxasını buraxmır”. Səbəbləri də budur ki, generalın 67 yaşı var və evləndiyi xanım özündən təxminən 35 yaş kiçikdir.
İlk məqam: Sosial şəbəkələrin “vazkeçilməzi “ olan “hər şeyə “mız qoyan”, hər şeyi “qara” görməyə çalışan “qaragüruh” zümrəsi, siz heç başınızı Azərbaycandan kənara çıxartmısınız?
Siz dünya ölkələrində evlənənlərin yaş məsələsinin gündəm olduğunu görmüsünüz? Lap elə qonşu Türkiyədə, evlənənlərin “yaş” kimi bir qayğısı olduğunu fərq etdinizmi?
Siz heç anlayırsınız ki, insanlara “baş yoldaşı” ən çox yaşlananda lazım olur? 67 yaşı var, deyə insan oturub ölümünümü gözləməlidir? Bu nə aşağı düşüncədir?
Anlayırsınızmı ki, ömrü insana uca tanrı verir?
İkinci məsələ: Axı, xanımın bəydən təxminən 35 yaş kiçik olması sizi niyə narahat edir? Xanım toy şəkillərində xoşbəxt bir seçim etdiyinin sevincini yaşayırsa, siz niyə sinənizi dağıdırsınız?
Axı, o xanım, sıradan cahil, geridə qalmış biri deyil. Xanımın adı Həcər soyadı Mirzəyevadır.
Həmin bu xanım- Həcər Mirzəyeva hazırda Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilat xətti üzrə məsul vəzifədə çalışır.
O, Agentlikdə YAP Binəqədi ərazi təşkilatının sədr müavini vəzifəsini icra edir.
Təhsilinə gəlincə, Həcər Mirzəyeva Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Daha sonra Finans və Kredit ixtisası üzrə magistratura təhsilini başa vurub.
Üstəlik, O, tanınmış hərbi-siyasi ailəyə mənsubdur, gömrük general-mayoru Ehtiram Xəlilovun bacısı qızıdır.
Anladınız ki, belə ziyalı bir xanımı nə tovlamaq olar, nə də zorla kiməsə ərə vermək mümkündür…
Bir nigah kəsilir , bir toy -düyün olur, buna sevinmək əvəzinə niyə o andaca “silaha sarılırsınız”?
Evlənənlərin seçimindəki xoşbəxtlik göz önündədir. Yenə də deyirəm, Allah xoşbəxt eləsin, övlad sevinci bəxş etsin!
Son olaraq: Təxminən 8 il əvvəl 60 yaşlı ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə də ailə quranda da sosial şəbəkələrdə qaragüruhçular “şəbeh” çıxartdı, sinələrin cırdılar ki, Qənizadənin ailə qurduğu Gülşən Hüseynova özündən 28 yaş kiçikdir. Amma qaragüruhun “şəbeh”i özünə qaldı. Hazırda Qənizadənin ocağında iki oğul böyüyür. Daşı ətəyinizdən, tökün, xalqımızın əziz qaragüruhçuları, evləmnənə, ev tikənə ancaq xeyir dua edərlər.
Tehsil-press.az












