Ajda Pekkan 80 yaşında: Doğum gününü BELƏ QEYD ETDİ

Ajda Pekkan 80 yaşında: Doğum gününü BELƏ QEYD ETDİ Türk pop musiqisinin əfsanəsi Ajda Pekkan 80 yaşını qeyd edib.

Usta sənətçi doğum günü münasibətilə ona göndərilən təbrik mesajlarına sosial media vasitəsilə təşəkkürünü bildirib.

Pekkan özəl gününü bacısı Semiramis Pekkan ilə birlikdə keçirib və həmin anları sosial media hesabından paylaşaraq izləyiciləri ilə bölüşüb.

Paylaşım qısa zamanda böyük maraqla qarşılanıb.

"Əzizlərim,
Doğum günüm münasibətilə göndərdiyiniz bütün səmimi mesajlar, zənglər və gözəl arzular üçün hər birinizə ürəkdən təşəkkür edirəm. Enerjiniz, isti münasibətiniz və səmimi hissləriniz məni hər zaman olduğu kimi çox sevindirdi. Varlığınız və sevginiz mənim üçün ən qiymətli hədiyyədir. Sizləri çox sevirəm və hamınızı sevgiylə qucaqlayıram", - Türk pop musiqisinin ulduzu hisslərini bu sözlərlə ifadə edib.

Qeyd edək ki, Ajda Pekkan doğum günündən əvvəl Tarkanın konsertinə qonaq olub. Səhnədə göstərdiyi performansla pərəstişkarlarını bir daha heyran qoyan sənətçi, Tarkan ilə birlikdə “Yakar Geçerim” və “Kimler Geldi Kimler Geçti” mahnılarında duet edib.

Tehsil-press.az

Oxşar xəbərlər