Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri AQTA rəhbərliyi ilə görüşüb

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri AQTA rəhbərliyi ilə görüşüb Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi ilə görüşüb.

Görüşdə AQTA-nın sədr müavinləri Əziz Şərifov və Balarəhim Quliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri Mürvət Həsənli və digər üzvlər iştirak ediblər.

Tərəflər kənd təsərrüfatı sahəsində mövcud durum və aqrar sahənin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb. İctimai Şura üzvləri arıçılıq, balıqçılıq, gülçülük, ixtisaslı kadr məsələləri və digər istiqamətlərdə mövcud olan çətinliklər barədə fikirlərini AQTA təmsilçiləri ilə bölüşüblər.

Yekunda analoji müzakirələrin mütəmadi keçirilməsi barədə razılıq əldə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər