Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Lənkəran Dövlət Universitetində olublar

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Lənkəran Dövlət Universitetində olublar Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Lənkəran Dövlət Universitetinin professor və müəllimləri, tələbələri ilə görüşüblər.
Görüşdə ali təhsil müəssisələrinə qəbul şərtləri, magistraturaya qəbul imtahanında ediləcək dəyişikliklər, tədris prosesində təcrübəyə daha geniş yer verilməsinin vacibliyi, universitetlərdə elmi-tədqiqat işlərinin aparılması və digər məsələlər barədə danışılıb. Həmçinin təhsil mühitinin sağlamlaşdırılması, obyektivlik və şəffaflığın təmin olunması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilib.
Sonra fikir mübadiləsi aparılıb. Bildirilib ki, səslənən fikir və təkliflər Təhsil Nazirliyinə təqdim ediləcək.
İctimai Şuranın üzvləri tərəfindən universitetin kitabxanasına kitablar hədiyyə edilib.
Şura üzvləri ali təhsil müəssisəsinin yeni istifadəyə verilmiş iki tədris korpusu, tələbə yataqxanası, professor-müəllim heyəti üçün inşa edilən mənzillər, universitetə məxsus sitrus bağı, həmçinin müasir fənn laboratoriyaları, informatika və linqafon kabinetləri ilə tanış olublar.

Tehsil-press.az

Oxşar xəbərlər