Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə onlayn formatda görüş keçirib.
İlin yekunlarına həsr olunan görüşdə təhsil naziri işğaldan azad edilmiş torpaqlarımızda növbəti il üçün təhsil istiqamətində əhəmiyyətli işlərin planlaşdırıldığını qeyd edib. Nazir, eyni zamanda, İctimai Şuranın üzvləri ilə 2021-ci ildə nazirlik tərəfindən planlaşdırılan fəaliyyətlər barədə də fikirlərini bölüşüb.
Görüşdə iştirak edən İctimai Şuranın sədri Şahlar Əsgərov, təhsil nazirinin müşaviri Elnur Nəsibov, şura üzvləri Etibar Əliyev, Asif Cahangirov, Nadir İsrafilov, İlqar Orucov, Mirzə Cəfərzadə və Mais Əliyev 2020-ci ildə görülmüş işlər və 2021-ci ildə həyata keçirilməsi zəruri olan fəaliyyətlər barədə fikir mübadiləsi aparıblar.
Şura üzvləri nazirliyin 2020-ci ildə həyata keçirdiyi islahatlar barədə məlumatlandırılıb və bu işlərin mütəmadi olaraq ictimaiyyətə təqdim edilməsinin, eləcə də işğaldan azad olunmuş ərazilərdə təhsilin yenidən təşkili məsələlərində ictimaiyyətin də fəal iştirakının vacibliyi vurğulanıb.
Nazir Emin Əmrullayev 2021-ci ildə Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək islahat və tədbirlərin icrasında İctimai Şura ilə sıx əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Tehsil-press.az