Bu barədə səfirliyin saytında bildirilib.
"ABŞ vətəndaşları dərhal İraqı tərk etməlidirlər. Davam edən təhlükəsizlik təhdidləri səbəbindən onlar Bağdaddakı səfirliyə və ya Ərbildəki konsulluğa baş çəkməyə cəhd etməməlidirlər", - deyə səfirlik qeyd edib.
Diplomatik missiya həmçinin ABŞ vətəndaşlarını İraqa bütün səyahətlərdən çəkinməyə çağırıb. Səfirlik diplomatik nümayəndəlik ərazisinin müxtəlif terrorçu qruplar tərəfindən dəfələrlə hücuma məruz qaldığını qeyd edib.
Daha əvvəl ABŞ-ın Bağdaddakı səfirliyinin binasına raket zərbələri endirildiyi bildirilmişdi.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Tehsil-press.az










