Bayram tətilinin başlaması ilə paytaxt yollarında hərəkət intensivliyi nəzərəçarpacaq dərəcədə artıb. Bu gün iş saatlarının qısaldılması səbəbindən axşam saatlarından etibarən Bakı küçələrində və əsas magistral yollarda ciddi sıxlıq gözlənilir.11 günlük uzunmüddətli tətilin start götürməsi şəhər sakinlərinin kütləvi şəkildə regionlara üz tutmasına səbəb olub. Artıq Bakı Beynəlxalq Avtovağzal Kompleksi və dəmir yolu stansiyalarında sərnişin axını açıq şəkildə hiss olunur.
Sürücülərə yola çıxarkən diqqətli olmaq, sürət həddinə riayət etmək tövsiyə edilir. Xüsusilə paytaxtın çıxış istiqamətlərində nəqliyyatın hərəkətində ləngimələrin yaranacağı ehtimalı böyükdür.
Tehsil-press.az








