Bakıda keçirilən BMT-nin Sivilizasiya Alyansının VII Qlobal Forumu ilə bağlı 25-27 aprel tarixlərində paytaxtın bir sıra avtomobil yollarında hərəkət fasilələrlə məhdudlaşdırıla bilər.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hava limanından şəhər istiqamətində Aeroport şosesi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, Azneft dairəsi, Niyazi, həmçinin həmin marşrutla geriyə olan ərazilərdə üzrə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətin qoyulması planlaşdırılır:
“Paytaxtın mərkəzi hissəsində yerləşən otellər, onlara bitişik küçə və yollarda da təhlükəsizlik tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Xüsusilə əsas tədbirin keçirildiyi Nərimanov rayonu ərazisindəki küçə və prospektlərdə hər bir sürücünü diqqətli olmağa çağırır və süni sıxlığın, tıxacın yaranmaması üçün mümkün olduğu qədər şəxsi avtomobildən deyil, ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.
tehsil-press.az