Müəllimin sinifdə çəkdiyi bu VİDEO qalmqal yaratdı

Müəllimin sinifdə çəkdiyi bu VİDEO qalmqal yaratdı İstanbulun Üsküdar şəhərindəki bir məktəbdə müəllimin fərqli corablar geyinib sinifdəki şagirdlərə ayaqlarını uzatdığı video qəzəbə səbəb olub.

Videonun "Daun Sindromu Maarifləndirmə Günü" üçün çəkildiyi iddia edilsə də, istifadəçilər tədbirin təqdimat tərzini tənqid edərək, bunun yersiz olduğunu bildiriblər.

İstanbulun Üsküdar şəhərindəki bir məktəbdə müəllim fərqli corablar geyinib sinifdəki şagirdlərə ayaqlarını uzadıb yelləyib. Videonun 21 mart Daun Sindromu Maarifləndirmə Günü üçün keçirilən tədbirin bir hissəsi kimi çəkildiyi iddia edilir.

Müəllimin davranışı sosial mediada tənqid olunub və istifadəçilər müəllimlərin sinifdə daha diqqətli olmalı olduqlarını bildiriblər.

Digər tərəfdən, bəzi istifadəçilər fəaliyyətin məqsədinin düzgün olsa da, həyata keçirilmə tərzinin mübahisələrə səbəb olduğunu bildirdilər.

Tehsil-press.az

Oxşar xəbərlər