Juscelino Kubitsçek de Oliveira körpüsü faciəsinin yeni görüntüləri üzə çıxıb.
Kadrlarda təxminən 50 metr hündürlükdə yerləşən nəhəng beton konstruksiyanın qəfildən çökməyə başladığı görünür. Körpünün üzərindəki yük maşınları və avtomobillər Tokantins çayının dərinliyinə enir.
Rəsmi məlumatlara görə, körpünün çökməsi nəticəsində 4 yük maşını, 2 minik avtomobili və 2 motosiklet çaya düşüb. Faciə zamanı 12 nəfərin cəsədi tapılıb.
Kadrlarda körpünün giriş hissəsində yük maşını axınının olduğu diqqət çəkir. Çökmənin isə məhz orta hissədən başlaması korroziya ehtimalını gücləndirir.
Tehsil-press.az








