Bədii gimnastımız İspaniyada gümüş medal qazandı

Bədii gimnastımız İspaniyada gümüş medal qazandı Bədii gimnastika üzrə yığma komandamızın üzvü Arzu Cəlilova İspaniyanın Barselona şəhərində keçirilmiş beynəlxalq turnirdə gümüş medal qazanıb.
Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Təmsilçimiz beynəlxalq turnirdə bir çox titullu idmançıları üstələyərək, gürzlərlə çıxışına görə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
A.Cəlilova çoxnövçülük yarışlarında isə dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, gimnastımız bu yarışda təşkilatçıların dəvəti əsasında iştirak edib.

Tehsil-press.az



Oxşar xəbərlər