Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını qələbə ilə başa vurub

Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını qələbə ilə başa vurub Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını qələbə ilə başa vurub.
“Mauqli” ləqəbli kikboksçu braziliyalı sabiq UFC idmançısı Antonio Silvanı birinci raundda nokauta salmaqla kəmərə sahib olub.
Otuz səkkiz yaşlı Z.Səmədov karyerası ərzində 113 döyüş keçirib. O bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.
Azərbaycanlı kikboksçu Alim Nəbiyev peşəkar karyerasında 60-cı döyüşünü keçirib. “Professor” ləqəbli A.Nəbiyev (77 kq) rumıniyalı Andrey Ostrovanuya qalib gəlib. O, sonuncu raundda rəqibini nokauta salıb. Bu, onun karyerasında 53-cü qələbəsi olub.
Gürcüstanı təmsil edən azərbaycanlı kikboksçu Emil Xəlilov vida döyüş gecəsində görüşünü qələbə ilə başa vurub. Turnirdə 67 kiloqram çəki dərəcəsində çıxış edən E.Xəlilov Nuri Kacarı (Türkiyə) nokauta salıb. Hər iki idmançıya medal verilib. Azərbaycan idmançısı təmsil etdiyi Gürcüstanın bayrağı ilə dövrə vurub.
Azərbaycan kikboksçusu Məhəbbət Hümbətov da turnirdə qələbə qazanıb. Yarışda 70 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı "Qladiator" ləqəbli İhab Lahlunu (Mərakeş) məğlub edib.

Tehsil-press.az


Oxşar xəbərlər