Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
Bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.
Yaponiyanın Müdafiə Nazirliyi də Şimali Koreyanın ballistik raket buraxdığını təsdiqləyib. Raketin xarakteristikası və uçuş detalları barədə hələ məlumat yoxdur.
KXDR-in son raket buraxılışı ölkə lideri Kim Çen Inın Rusiyaya səfəri dövrünə təsadüf edir.
Qeyd edək ki, Şimali Koreya cari ildə sonuncu dəfə avqustun 30-da 2 qısamənzilli ballistik raket sınağı həyata keçirmişdi. Ötən günlərdə isə KXDR taktiki nüvə silahı ilə təchiz edilmiş yeni sualtı qayığını suya buraxıb.

Tehsil-press.az


Oxşar xəbərlər