Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda “1961-ci ili əhatə edən dövr. Hava Hücumundan Müdafiə Sistemi SA-1-dən (S-25) Sovet İttifaqının Hava Raket Müdafiə sisteminin yaranmasına qədər” mövzusunda seminar keçirilib.
Seminarda məruzəçi ABŞ-ın Cənubi Kaliforniya Universitetinin astronavtika üzrə professoru Mayk Qruntman olub.
Tədbirdə institutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov Mayk Qruntmanın fəaliyyəti haqqında məlumat verib. Alimin Cənubi Kaliforniya Universitetində Astronavtika proqramının təsisçisi olduğunu bildirən Rüstəm Rüstəmov qeyd edib ki, Mayk Qruntman 2004-2007-ci illərdə ABŞ-da Kosmik Mühəndislik şöbəsinin Astronavtika Mühəndisliyi Departamentinin sədri vəzifəsində çalışıb. Rüstəm Rüstəmov amerikalı alimin NASA tapşırıqları da daxil olmaqla T&I proqramlarında fəal iştirak etdiyini bildirib. Astronavtika, kosmik fizika, peyk dizaynı, texnologiyası və tətbiqləri, raket tarixi, raketdən müdafiə tarixi və s. alimin tədqiqat sahələrinə daxil olduğu vurğulanıb.
Daha sonra Mayk Qruntman məruzəsində uzunmənzilli ballistik raketin hədəflənməsindən, hava müdafiə sistemindən, ABŞ-ın müdafiə proqramlarından və s. bəhs edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az