Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan və Macarıstan arasında əlaqələrin, o cümlədən TDT çərçivəsində əməkdaşlığın yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Nazir Macarıstan tərəfini Qafqazın ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”nun 2026-cı ildə keçiriləcək sərgisində fəal iştirak etməyə və milli pavilyonla təmsil olunmağa dəvət edib.
Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, TDT-nin Quraqlığın Qarşısının Alınması İnstitutu ilə Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin iqlim dəyişikliyinə qarşı mübarizə, su və torpaq idarəçiliyi sahələrində birgə regional və milli layihələrin həyata keçirilməsi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Tehsil-press.az















