PUA hücumu nəticəsində neft emalı zavodunda yanğın baş verib.
Daha bir PUA-nın hündürmərtəbəli binaya çırpıldığı bildirilib.
Başqırdıstan rəhbəri Radi Xabirov Ufadakı neft emalı zavoduna dron hücumu barədə məlumatı təsdiqləyib.
"Neft emalı zavodlarına yaxınlaşan bir neçə dron vurulub, PUA-lardan birinin qalıqları sənaye zonasına düşüb. Xəsarət alan olmayıb. Yanğınsöndürənlər hazırda neft emalı zavodundakı yanğını söndürürlər. Başqa bir dron Qafuri küçəsindəki yaşayış binasına dəyib", - o, Telegram kanalında yazıb.
Yerli KİV Ukrayna dronlarının hədəfinin Başneft-Novoil neft emalı zavodu olduğunu yazıb.
Rusiya Müdafiə Nazirliyi ötən gecə ərzində Rusiya regionları üzərində 147 dronun vurulduğunu bildirib.
Tehsil-press.az










