Dövlət Təhlükəsizlik Xidmətində general-leytenant ali hərbi rütbəsini daşıyan vəzifəli şəxslərin sayı 3-ə çatıb.DTX əməkdaşlarının peşə bayramı münasibətilə Prezident İlham Əliyev bir qrup əməkdaşa ali hərbi rütbələr verib.
Onlar arasında DTX-nin İstintaq Baş İdarəsinin rəisi ədliyyə general-mayoru Həsən Mansurov da var.
Prezident sərəncamı ilə Həsən Mansurov ədliyyə general-leytenantı ali rütbəsinə layiq görülüb.
Qeyd edək ki, bu sərəncama qədər DTX-də iki ədliyyə general-leytenantı olub.
Onlar DTX rəisinin müavinləri Ceyhun Şadliniski və Şərafət Həsənovdur.
Tehsil-press.az







