Mövzu ilə bağlı açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, qanunvericiliyə əsasən əmlak vergisi yalnız mülkiyyət hüququ rəsmi qaydada təsdiqlənmiş daşınmaz əmlaklara şamil olunur.
Vəkil Mehman Muradlı: “Elektron siqaretlər və onların komponentləri üzrə qara bazarın inkişafı gözlənilmir”
“Əgər vətəndaşın mülkiyyətini təsdiq edən rəsmi sənəd – çıxarış yoxdursa, bu halda həmin əmlaka görə vergi öhdəliyi yaranmır. Əmlak vergisinin hesablanması üçün əsas meyar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasıdır. Bu qeydiyyat olmadıqda, vergi orqanlarının həmin obyekt üzrə ödəniş tələb etməsi hüquqi baxımdan əsaslı sayılmır”.
Ekspert vətəndaşlara tövsiyə edir ki, gələcəkdə hüquqi problemlərlə üzləşməmək üçün mülkiyyət hüquqlarını rəsmiləşdirsinlər. Çünki çıxarışın olmaması təkcə vergi məsələlərində deyil, alqı-satqı, miras və digər hüquqi proseslərdə də çətinliklər yarada bilər.
Tehsil-press.az








