2024-cü ilin yanvar-mart ayları ərzində daşınmaz əmlak üzərində 88.013 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat daxil olub.
Bildirilir ki, bu göstəricinin 13.540-ı (15,3%) ilkin, 74.473-ü isə (84,7%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2024-cü ilin birinci rübündə fərdi yaşayış və bağ evi üzərində 12.786, mənzil üzərində 19.234, torpaq sahəsi - 53.279, qeyri-yaşayış binası - 744, qeyri-yaşayış sahəsi - 1.814, əmlak kompleksi - 147, çoxmərtəbəli yaşayış binası üzərində isə 9 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21.664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin ilk 3 ayı ərzində 64.842 texniki pasport tərtib edilib, 16.537 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Çıxarış ("kupça") almaqla bağlı tez-tez verilən suallara cavablar:
Dövlət reyestrindən çıxarışda torpağın kənd təsərrüfatı təyinatlı olduğu yazılıb. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək mümkündür?
Kənd təsərrüfatı təyinatlı torpaq sahələrini təyinatından kənar istifadə etmək qadağandır. Kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evlərinin tikintisi qeyri-qanuni hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlardır. Həmin torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Yalnız “Yaşayış məntəqələri” təyinatlı torpaqlar üzərində inşa edilən fərdi yaşayış evləri dövlət reyestrində qeydiyyata alınır.
2019-cu ildə tikintisi başa çatdırılmış qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarış almaq üçün hansı sənədlər tələb olunur?
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd tələb olunur. Qeyri-yaşayış sahəsinə dair tələb olunan sənədlərə isə tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri aiddir.
Xidmətdən istifadə üçün müvafiq sənədlərlə birgə Əmlak Xidmətləri Məkanına və ya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin müvafiq ərazi idarəsinə müraciət etmək olar.
Elektron çıxarışın hazır olması ilə bağlı mobil nömrəyə SMS bildiriş gəldiyi halda sistemdə hazır çıxarışa necə baxmaq olar?
SMS bildirişdə çıxarışın reyestr və qeydiyyat nömrələri, o cümlədən elektron çıxarışın təsviri ilə bağlı link göndərilir. Həmin linkə daxil olaraq Elektron çıxarışın təsvirini əldə etmək olar. Çıxarışın təsvirinə baxmaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (www.e-emlak.gov.az) daxil olub təqdim olunan elektron xidmətlər siyahısından “Elektron çıxarışın yoxlanması” elektron xidməti seçilməlidir. Açılan pəncərədə “Qeydiyyat nömrəsi” və “Reyestr nömrəsi” xanalarına müvafiq məlumatları qeyd etdikdən sonra “Axtar” düyməsi sıxılır. Nəticədə ekranda elektron çıxarış əks olunur.
MMC tərəfindən tikilmiş binadan mənzil almışam. Həmin mənzilə çıxarış almaq üçün hansı sənədlərim olmalıdır?
İlk növbədə həmin mənzilin yerləşdiyi bina üzərində MMC-in mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Əgər binaya dair MMC-nin adına çıxarış vardırsa, MMC ilə mənzil sahibi arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi olmalıdır. Bundan sonra həmin müqavilə əsasında mənzil sahibi öz adına çıxarış ala bilər.
Mənzil-tikinti kooperativindən (MTK-dan) mənzil almışam. Çıxarış almaq üçün hansı sənədlərim olmalıdır?
İlk növbədə MTK-ın inşa etdiyi binanın istismara qəbul edilib-edilmədiyi (istismara qəbul aktının olub-olmadığı) aydınlaşdırılmalıdır. Əgər bina istismara qəbul edilibsə, dövlət reyestrindən çıxarış almaq üçün 2 sənəd olmalıdır:
Mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı;
Maliyyə arayışı (bu arayış mənzilə dair pay haqqının ödənildiyini və borcun olmadığını göstərir)
Tehsil-press.az