Atatürk hava limanını partladan terrorçudan xain plan

Atatürk hava limanını partladan terrorçudan xain plan "XRay"dən keçən terrorçu "burada bomba partlayacaq" deyərək qışqırıb.

Türkiyənin ən böyük şəhəri olan İstanbulda, gün ərzində minlərlə insanın istifadə etdiyi Atatürk hava limanında törədilən terror aktı ilə bağlı bəzi məqamlar üzə çıxıb. Tehsil-press.az-ın "CNNTürk"ə istinadən verdiyi məlumata görə, hava limanına terrorçuların hücumu zamanı orada bir baş nazir də olub. Daha doğrusu, terror aktı Albaniyanın baş naziri Edi Ramanın təyyarəsi Türkiyə ziyarəti üçün hava limanına eniş edən anda olub. Albaniyanın XİN rəsmiləri və baş naziri təhlükəsiz bir şəkildə hava limanından çıxarılaraq qalacaqları otelə aparılıb. Nümayəndə heyəti bu gün Ankaraya yola düşəcək.
Hadisədən sonra nazir "Facebook" hesabında terroru lənətləyib. "Bu terrorçuların dini, imanı yoxdur. Onlar barbarlardan fərqlənmirlər".

Atatürk hava limanını partladan terrorçudan xain plan
Albaniya baş naziri təyyarədə

Türkiyəni yasa batıran hadisə ilə bağlı daha bir detal isə terrorçunun əraziyə necə daxil olması ilə bağlıdır. Belə ki, 36 nəfərin həyatına son qoyan, 147 nəfərin yaralandığı terror aktı zamanı terrorçu insan itkisini artırmaq üçün xain plan hazırlayıb. Tehsil-press.az-ın "Yeni Şafak" qəzetinə istinadən verdiyi məlumata görə, "XRay" cihazından keçərək içəri girən terrorçu "bir azdan burada bomba partlayacaq" deyə qışqırıb. Təşvişə düşən insanlar qapıya doğru qaçmağa başlayıblar. Nəticədə qapının önündə qələbəlik yaranıb. Bundan sonra terrorçular "Kalaşnikov"la insanları güllə boran ediblər. Hadisə hava limanı işçilərinin bir qisminin iş saatının bitməsi ilə üst-üstə düşüb.


Tehsil-press.az

Oxşar xəbərlər