Buna səbəb həmin istiqamətə tələbatın zəif olmasıdır.
Bakıdan Misirə uçuşlar təxirə salınıb. Tehsil-press.az-ın məlumatına görə, Misirin çarter aviaşirkəti "Air Cairo" Bakı-Şarm-əş-Şeyx marşrutu üzrə uçuşları müqəvvəti dayandırıb. Şirkət nümayəndəliyindən verilən məlumata görə, reyslərin dayandırılmasının səbəbi bu istiqamətdə tələbatın zəif olmasıdır. Uçuşlar yenidən avqustun 1-dən bərpa olunacaq. Bakı-Şarm-əş-Şeyx reysinə hər iki tərəfə A320 təyyarəsi ilə uçuş biletinin qiyməti 300 dollardır (462 AZN - red.) Bakıdan Şarm-əş-Şeyxə çarter reysləri bir neçə il bundan əvvəl fəaliyyət göstərib, lakin sonradan uçuşlar dayandırılıb.
Tehsil-press.az