Şarm Əl-Şeyx - Bakı birbaşa aviareysi açılacaq

Şarm Əl-Şeyx - Bakı birbaşa aviareysi açılacaq Şarm Əl-Şeyx - Bakı birbaşa aviareysi barədə qərar mayın 19-dək qəbul ediləcək.

Bu sözləri Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil Nuh deyib. Onun sözlərinə görə, mayın 15-də Misir Ərəb Respublikasının turizm sahəsi üzrə rəsmi qurumlarının və turizm şirkətlərinin nümayəndələri Bakıya işgüzar səfərə gələcək. 4 gün davam edəcək səfər çərçivəsində hər iki ölkənin turizminin inkişafına dair görüşlər keçiriləcək və Şarm Əl-Şeyx şəhərinə birbaşa aviareysin açılması barədə rəsmən elan olunacaq.


Tehsil-press.az

Oxşar xəbərlər