Təhsil Nazirliyi (TN) 10 ildən artıq pedaqoji stajı olub 3 ildən az müddətə işdən ayrılan müəllimlərin yenidən işə qəbulunun hansı qaydada həyata keçirildiyini açıqlayıb.
Nazirlikdən Tehsil-press.az-a bildirilib ki, Azərbaycanın ərazisində yerləşən dövlət təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış şəxslərin işə qəbulu TN tərəfindən müsahibə yolu ilə həyata keçirilir. Həmin şəxslərin müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakına məhdudiyyət nəzərdə tutulmur.
Nazirlikdən həmçinin bildirilib ki, həvəsləndirmə tədbirləri dövlət sifarişinə əsasən kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən yaşı 35-dək olan gənc mütəxəssislərə şamil edilir.
Əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə həvəsləndirmə tədbirləri kimi yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əmək haqqının iki misli həcmində birdəfəlik yardım verilir.
Rayon mərkəzlərindən 20 km-ə qədər məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində ayda 60 manat məbləğində kompensasiya, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində ayda 60 manat məbləğində kompensasiya və aylıq əmək haqqına 100 manat məbləğində əlavə verilir.
Tehsil-press.az