İşə qəbul olmaq istəyən müəllimlər üçün keçid balı açıqlanıb

İşə qəbul olmaq istəyən müəllimlər üçün keçid balı açıqlanıb Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanında tətbiq olunacaq keçid balını açıqlayıb.

Nazirlikdən Tehsil-press.az-a bildirilib ki, test imtahanında keçid balı düzgün cavabların sayının bütün sualların sayına nisbətdə faiz göstəricisi ilə müəyyənləşdirilir. Test imtahanlarının nəticələrinə əsasən, keçid balının aşağı həddi həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə qəbul üçün 60%, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə qəbul üçün isə 80% nəzərdə tutulub.
Test imtahanının balı hesablanarkən səhv cavabların sayı düz cavabların sayına təsir etməyəcək. Namizəd üçün düz cavabların sayına uyğun bal hesablanacaq.


Tehsil-press.az

Oxşar xəbərlər