5 iyul tarixində, Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, 91 gün tədavül müddətli, 20 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Tehsil-press.az-ın BFB-yə istinadən verdiyi məlumata görə, hərrac zamanı 11 investor tərəfindən 20 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 67,3 milyon manat təşkil edib. Sifarişlər 96.4427 AZN (14.9999%) və 98.4053 AZN (6.5902%) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 98.2847 AZN (7.0972%) orta ölçülmüş qiyməti 98.3422 AZN (6.8553%) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 8 iyul tarixində həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20 milyon manat təşkil edib. İstiqrazların ödəmə tarixi 04.10.2016-cı ildir. İstiqrazların tədavül müddəti – 91 gündür.
Tehsil-press.az