Neftin qiyməti bahalaşdı

Neftin qiyməti bahalaşdı Azərbaycan nefti "qara qızıl" bazarında 48 dollardan baha satılıb.

Neftin qiymətlərində cuzi ucuzlaşma müşahidə olunur. Tehsil-press.az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin bir bareli 45.19 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli 47 dollardan aşağı qiymətdə - 46.66 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 1.40 dollar bahalaşaraq 48.64 dollar təşkil edib.

Neftin qiyməti bahalaşdı
14 iyul üçün neftin qiymətləri

Qiymətli metalların bu günə olan qiymətləri müsbət yöndə dəyişib. Qızılın bir qramının qiyməti bahalaşaraq 44 dollara qalxıb. Platinin bir qramı 35.22 dollar, palladiumun qramı 20 dollardan baha - 20.75 dollar təşkil edib. Gümüşün də bir qramı bahalaşaraq 66 sentə satılıb.

Neftin qiyməti bahalaşdı
14 iyula olan qiymətli metalların qrafiki


Tehsil-press.az

Oxşar xəbərlər