Qonşu ölkədə ekstrimal hava şəraiti

Qonşu ölkədə ekstrimal hava şəraiti Ötən gecə Rusiyanın paytaxtı Moskvada hava şəraiti kəskin dəyişib. Tehsil-press.az-ın məlumatına görə, şəhərdə tufanlı və yağıntılı hava müşahidə olunub. Havanın vəziyyəti Moskvanın hava limanlarında 30-a yaxın uçuş reysi təxirə salmasına gətirib çıxarıb. Yerli KİV-lərdən alınan məlumatda Rusiya paytaxtında saniyədə 18 metr sürətlə külək əsdiyi, yağıntılı və ildırımlı havanın olduğu deyilib. Belə hava şəraitinin səhər saatlarına kimi davam edəcəyi proqnozlaşdırılır.
Moskvadakı leysanlı və tufanlı havada yaralananlar da olub. Şəhərin Mojaysk rayonunda leysan nəticəsində 3 nəfərin yaralandığı bildirilib. Güclü küləyin reklam lövhəsini aşırması nəticəsində bir neçə içində sərnişinlər olan maşınlara ziyan dəyib. Yaralılar xəstəxanlara yerləşdirilib.


Tehsil-press.az

Oxşar xəbərlər