Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq Yaxın iki gündə hava meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacağı gözlənilir. Cənub küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-34 dərəcə olacaq. Atmosfer təzyiqi normadan aşağı - 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə olacağı gözlənilir.
İyunun 29-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə olacaq. İyunun 29-30-da Abşeron yarımadasında gündüz saatlarında isti diskomfort hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.


Tehsil-press.az

Oxşar xəbərlər