Azərbaycan Ordusu şəhid verdi

Azərbaycan Ordusu şəhid verdi Baş leytenant Məmmədov Toğrul Səyyad oğlu snayper gülləsinə tuş gəlib.

Azərbaycan Ordusu daha bir şəhid verdi. Ermənistan hərbi-siyasi rejiminin rəhbərliyi son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.
İyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu baş leytenant Məmmədov Toğrul Səyyad oğlu şəhid olub.
Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun zabiti Toğrul Məmmədovun minaya düşərək həlak olması barədə məlumatlar yer alsa da, zabitimizin Ağdam istiqamətində erməni snayperinə tuş gəldiyi dəqiqləşib. Məlumata görə, o başından vurulub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!
Nazirlik bildirir ki, təxribatların nəticələrinə görə tam məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.
Allah rəhmət eləsin!

Azərbaycan Ordusu şəhid verdi

Toğrul Məmmədov - Şəhid olan baş leytenantToğrul Məmmədov - Şəhid olan baş leytenant
İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub. Müdafiə Nazirliyi bildirib ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
Şəhidin cənazəsi ailəsinə verildi


Tehsil-press.az

Oxşar xəbərlər