İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan arasında telefon danışığı olub. Söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Söhbət zamanı H.Ruhani deyib ki, İran həmişə Türkiyənin qanuni hökumətinin yanında olub və olacaq.
H.Ruhani Türkiyə xalqının demokratiya yolu ilə seçdiyi hökuməti müdafiə etməsini təqdirlayiq adlandırıb: «Sevindirici haldır ki, Türkiyə xalqı çevriliş cəhdi zamanı yüksək siyasi düşüncə göstərib və sübut etdib ki, bölgədə zorakılıq qaydalarına yer yoxdur. Türkiyədə sabitliyin güclənməsi bölgədə sabitliyin güclənməsinə zəmin yaradacaq”.
Türkiyə prezidenti R.T.Ərdoğan, öz növbəsində, prezident H.Ruhaniyə təşəkkürünü bildirib və deyib ki, top və tanklar bir qrup insanın şəhid olmasına səbəb ola bilər, lakin bir xalqın dəyərlərini əlindən ala bilməz: “Bu gün keçmişdən daha da qərarlı olaraq öz yolumuzu davam etdirəcəyik. Biz İran və Rusiya ilə əməkdaşlıq edərək, əl-ələ verib bölgədəki problemləri həll etməyi qərara almışıq. Çalışacağıq ki, bölgədə sülh və sabitlik yaradılsın“.
Tehsil-press.az