Pakistan və İran ticarət dövriyyəsində dollardan imtina etdilər

Pakistan və İran ticarət dövriyyəsində dollardan imtina etdilər İran və Pakistana arasında yeni razılaşma əldə olunub.

Bundan sonra Pakistan və İran ticarət dövriyyəsində dollardan imtina ediblər. Pakistan və İran ticarət dövriyyəsini bundan sonra avro ilə hesablayacaqlar. Bununla bağlı Pakistanın milli bankı Ticarət Nazirliyinə məlumat verib. Pakistan bankı iş adamlarına da ticarət əməliyyatlarını avroda həyata keçirməyə icazə verib. Pakistan məmurlarından biri qeyd edib ki, İrana qarşı ABŞ-ın bütün sanksiyalarının ləğv edilməsini gözləməkdənsə, ticarət dövriyyəsini avroda hesablamaq lazımdır. Qeyd edək ki, gələn həftə İran prezidenti Həsən Ruhani Pakistana səfər edəcək. İki dövlət arasında növbəti sazişlər imzalanacaq.

tehsil-press.az

Oxşar xəbərlər