İranda turistləri daşıyan avtobus qəzaya düşdü

İranda turistləri daşıyan avtobus qəzaya düşdü İranda turistləri daşıyan sərnişin avtobusu qəza törədib.

Xarici mətbuat xəbər verir ki, hadisə Tehranın şimalındakı Kərəc-Çalus avomobil yolunda baş verib.
Belə ki, yüksək sürətlə hərəkət edən avtobus idarəetməni itirərək elektrik dirəyinə çırpılıb. Nəticədə, avtobus aşıb.
Qəza nəticəsində 16 nəfər ölüb, 12 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.


Tehsil-press.az

Oxşar xəbərlər