Uruqvay ərazisində elektrik enerjisi verilişi dayandırılıb

Uruqvay ərazisində elektrik enerjisi verilişi dayandırılıb Çərşənbə günü Uruqvayda elektrik enerjisinin geniş miqyasda kəsilməsi hadisəsi baş verib. Tehsil-press.az xəbər verir ki, bu barədə yerli UTE elektrik şirkəti məlumat yayıb.

Şirkətin məlumatına görə, təqribən 1,2 milyon abunəçi elektrik enerjisindən məhrum olub.
"Biz hesab edirik ki, müştərilərin 85%-i zərər çəkib, lakin hazırda onlardan yalnız bir qisminə elektrik enerjisi verilişi bərpa olunmayıb", — deyə
UTE-nin mətbuat katibi Alisiya Dutra bildirib. İşığı kəsilməyən yeganə yer Argentina ilə sərhəddə yerləşən ərazi olub.
Elektrik enerjisinin kəsilməsinə "Salto-Qrande" SES-dən gələn yüksəkgərginlikli elektrik ötürücü xəttdə yaranan nasazlıq səbəb olub.


Tehsil-press.az

Oxşar xəbərlər