Rüstəm Orucov Olimpiya Oyunlarının gümüş mükafatçısı oldu

Rüstəm Orucov Olimpiya Oyunlarının gümüş mükafatçısı oldu Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov 73 kq çəki dərəcəsində finalda yaponiyalı Ono Şoheyə ipponla uduzub.

Beləliklə, gümüş mükafatçı olan Rüstəm Azərbaycana Rio Olimpiadasının ilk medalını qazandırıb.
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov finala yüksəlib. Beləliklə, o, ən azı gümüş medalı özünə təmin edib. 25 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Yarımfinalda Rüstəm israilli Sagi Mukiyə qalib gəlib.


Tehsil-press.az

Oxşar xəbərlər