İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv ölkələrin nümayəndələrinin Əlcəzairdə keçiriləcək toplantısında iştirak edəcək.
Tehsil-press.az bildirir ki, bu barədə İranın Neft Nazirliyinin rəsmi saytında məlumat verilir. Həmçinin bildirilir ki, OPEK-in baş katibi Məhəmməd Barkindo yaxın vaxtlarda İrana səfər edəcək.
Qeyd edək ki, OPEK-ə üzv və digər böyük neft istehsalçısı ölkələri nümayəndələrinin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində ən vacib mövzularda danışıqların aparılacağı gözlənilir. Danışıqlarda neftin hasilat miqdarının “dondurulması”nın əsas müzakirə mövzusu olacağı bildirilir.
Tehsil-press.az