Məmmədyarov: Fəal dialoqa hazırıq

Məmmədyarov: Fəal dialoqa hazırıq "Biz bu il Aİ-Azərbaycan əlaqələrinin tarixində iki önəmli mərhələni qeyd edirik: 1996-cı ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanmasının iyirmi illiyi və 2006-cı ildə enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanmasının on illiyi".

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqına üzv dövlətlər və Şərq Tərəfdaşlığı ölkələrinin iştirakı ilə qeyri-rəsmi görüşdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən 20 ildən artıq dövrdə Aİ-Azərbaycan əməkdaşlığı əhəmiyyətli dərəcədə inkişaf edib və tədricən ortaq maraq doğuran bir çox sahələrdə genişmiqyaslı tərəfdaşlığa çevrilib. Hər iki sənəd bu prosesə çox böyük töhfə verib.
"Biz bir çox müxtəlif sahələrdə aşkar ortaq maraqlara sahibik və əməkdaşlığımız üçün hələ çox imkanlar mövcuddur. Riqa Sammiti çərçivəsində tərəfimizdən Strateji Tərəfdaşlıq Sazişi layihəsinin təqdim edilməsi ikitərəfli əlaqələrə verdiyimiz önəmi bir daha təsdiq edən aydın siqnal oldu. Aİ və ona üzv dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan uzunmüddətli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib məqamlarından biridir", - deyə Məmmədyarov qeyd edib.
Onun sözlərinə görə, biz Strateji Tərəfdaşlıq Sazişinin Aİ-Azərbaycan əlaqələrinin hərtərəfli şəkildə genişləndirilməsi üçün möhkəm hüquqi əsas yaradacağına inanırıq və danışıqlar aparılması üçün mandatın Aİ Xarici Əlaqələr Şurası tərəfindən rəsmi qaydada təsdiq edilməsindən sonra rəsmi danışıqlar prosesinin başlanmasını gözləyirik . Biz bunun tezliklə baş verəcəyinə ümidvarıq. Mövcud reallıq və niyyətləri özündə əks etdirəcək və hələ uzun müddət Aİ-Azərbaycan arasında ikitərəfli əməkdaşlığı təşviq edəcək hüquqi bazanın təkmilləşdirilməsi üçün fəal dialoqa hazırıq.
"Xanım Mogerininin Bakıya səfəri zamanı aparılmış müzakirələr Aİ-Azərbaycan əlaqələrinə yeni bir dinamiklik gətirdi. Qarşıdakı aylar parlamentlərarası əlaqələr də daxil olmaqla, ikitərəfli siyasi gündəlyimizdə önəmli perspektivlər vəd edir və biz bu prosesdə səylərimizi əsirgəməyəcəyik. Parlament Əməkdaşlıq Komitəsinin üzvləri parlamentlərarası dialoqun canlandırılması məqsədilə bu ay Bakıya səfər edəcəkdir. Biz həmçinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupu missiyasının Bakıya qarşıdakı səfərinə Aİ üzv dövlətlərilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparmaq üçün daha bir imkan kimi baxırıq.
Biz Aİ ilə əlaqələrimizi Şərq Tərəfdaşlığı çərçivəsində ikitərəfli əsasda qurduğumuzu vurğuladıq, lakin biz çoxtərəfli əməkdaşlığın potensial və əhəmiyyətini heç zaman istisna etməmişik. Biz həmişə bunun ortaq maraq doğuran sahələrdə konkret öhdəliklər əsasında praktiki tədbirlər vasitəsilə nəticələr verə biləcək mümkün və real layihələrin əməli həyata keçirilməsi yolu ilə reallaşdırılmasını dəstəkləmişik. Bu xüsusda Cənub Qaz Dəhlizinin vaxtında reallaşdırılması strateji əhəmiyyətə malikdir. Fikrimizcə nəqaliyyat çoxtərəfli əsasda Şərq Tərərfdaşlığı cərçivəsində maraqlı tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığı əhəmiyyətli dərəcədə inkişaf etdirəcək daha bir önəmli sahədir.
Lakin regionda uzunsürən münaqişələr çoxtərəfli əməkdaşlığa mane olur. Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazılığı digər Şərq Tərərdaşlığı ölkərinin ərazi bütövlüyündən heç də az əhəmiyyət daşımır. Biz Aİ-nin bu yaxınlarda qəbul edilmiş Qlobal Strategiyasında bu əsas prinsiplərə açıq dəstəyini alqışlayırıq. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən tezliklə çıxarılması Aİ-nin Cənubi Qafqazda və ondan kənarda regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədlərinə xidmət edəcəkdir", - deyə Elmar Məmmədyarov bildirib.


Tehsil-press.az

Oxşar xəbərlər