Millimiz İspaniyanı məğlub etdi

Millimiz İspaniyanı məğlub etdi Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası ilk oyununu keçirib.

Tehsil-press.az-ın məlumatına görə, İspaniya yığması ilə qarşılaşan millimiz 4:2 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını İlkin Hacıyev, Sabir Allahquliyev və Orxan Məmmədov vurub. Bir dəfə isə avtoqol qeydə alınıb. Millimiz növbəti oyununu sentyabrın 8-də İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


Tehsil-press.az

Oxşar xəbərlər