Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionu oldu

Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionu oldu Portuqaliya yığması AVRO-2016-nın qalibi olub.

Tehsil-press.az-ın məlumatına görə, “Stad de Frans” stadionunda keçirilən final matçında Portuqaliya yığması Fransa millisini 1:0 hesabı ilə məğlub edib. Matçın əsas vaxtında qapılara top vurulmadığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtın ikinci hissəsində portuqaliyalılar qələbə qolunu vurublar. Beləliklə, Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionatının qalibi olub.


Tehsil-press.az

Oxşar xəbərlər