Rəsmi Dəməşq ABŞ-ı İŞİD-lə əlbir olmaqda suçladı

Rəsmi Dəməşq ABŞ-ı İŞİD-lə əlbir olmaqda suçladı ABŞ aviasiyasının Suriya ordusunun Deyr-ez-Zor yaxınlığındakı mövqelərinə zərbələr endirməsi ABŞ-ın İŞİD terror qruplaşması ilə əlbir olduğunu təsdiqləyir.

“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bunu Suriya XİN rəhbəri Valid Müallem BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məhz ABŞ Hava Qüvvələrinin hücumundan sonra ordunun mövqeləri terrorçuların nəzarətinə keçib.
“Suriya hökuməti bu hücuma görə bütün məsuliyyəti ABŞ-ın üzərinə qoyur. Faktlar onu deməyə əsas verir ki, hücum səhvən deyil, bilərəkdən törədilib. Bu cəsarətsiz hücum ABŞ-ın və onun müttəfiqlərinin İŞİD və digər terror qruplaşmaları ilə əlbir olduğuna əyani sübutdur”, - deyə Valid Müallem qeyd edib.
Qeyd edək ki, İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyaya məxsus təyyarələr ötən həftə  Suriya ordusunun Deyr-ez-Zor yaxınlığındakı mövqelərinə zərbələr endirməsi nəticəsində 62 hərbçi həlak olub, təxminən 100 nəfər yaralanıb. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı koalisiyanın Deyr-ez-Zor yaxınlığındakı ərazilərə zərbələr endirdiyini etiraf edib.


Tehsil-press.az

Oxşar xəbərlər