Suriya Silahlı Qüvvələri Rusiya Hərbi-Kosmik Qüvvələrinin dəstəyi ilə İŞİD-in əsas “bastion”ları sayılan Deyr-əz-Zor və Rakka istiqamətində hücuma hazırlaşır.
Tehsil-press.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-nin Cenevrə qərargahındakı təmsilçisi Aleksey Borodavkin deyib.
“Atəşkəs rejimi, BMT TŞ-nin 2254-cü qətnaməsində deyildiyi kimi, İŞİD-ə və “Cəbhət-ən-Nüsra”ya, eləcə də digər terror təşkilatlarına şamil olunmur. Bundan əlavə, qətnamədə göstərilir ki, bu terrorçuların məhv edilməsi üçün hərbi əməliyyatlar davam etdirilməlidir. Suriya ordusu Rusiya HKQ dəstəyi ilə məhz bu cür fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsində Palmira azad olunub, indi isə Deyr-əz-Zor və Rakka istiqamətində hücum hazırlanır. Hələb və digər istiqamətlərdə də məhz bu qruplaşmalara qarşı döyüşlər aparılır”, - Borodavkin sözlərinə davam edib.
tehsil-press.az