BMT Suriyanın İŞİD-in mühasirəsində olan şəhərinə 20 ton ərzaq göndərdi

BMT Suriyanın İŞİD-in mühasirəsində olan şəhərinə 20 ton ərzaq göndərdi BMT-nin "Ümumdünya ərzaq proqramı" (ÜƏP) 20 ton ərzağı təyyarə vasitəsilə Suriyanın şimal-şərqində yerləşən Deyr-ez-Zor şəhərinin sakinlərinə çatdırıb.

Tehsil-press.az xəbər verir ki, bu barədə ÜƏP-in mətbuat xidməti məlumat yayıb. Məlumata görə, ərzaqla dolu 26 qutu sakinlərə hava yolu ilə çatdırılıb. Qeyd edək ki, 2014-cü ilin martından İŞİD terror qruplaşmasının döyüşçüləri tərəfindən mühasirəyə alınmış Deyr-ez-Zor şəhərində 200 mindən çox mülki sakin yaşayır.

tehsil-press.az

Oxşar xəbərlər